Namizəd Səfərov həbs olunub
Tarix: 11-12-2025, 15:14
Dekabrın 10-da Xətai Rayon Məhkəməsində hüquqşünas Namizəd Səfərovun məhkəmə prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Namizəd Səfərov dələduzluqda ittiham olunur.
Hökümətyönlü medialar yazır ki, hüquqşünas 53 manat vəsaiti ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib. N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hüquqşünasın özünün ittihama münasibəti bəlli deyil.
Namizəd Səfərov dekabrın 9-da saxlanılıb.
O, Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. Səfərov bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib. Kollegiya isə həmin qərarı qanunvericiliyin tələblərinin pozulması ilə əsaslandırıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














