AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub

Xəbərin çap versiyası
Tarix: 18-12-2025, 18:43


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanlının 30 sutka inzibati qaydada həbs olunduğu bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə dekabrın 18-də AXCP məlumat yayıb.

Onun həbsinin təfərrüatları və ittihamla bağlı məlumat hələ ki yoxdur. Murad Sultanlı ilə əlaqənin dekabrın 16-dan itdiyi deyilirdi.

Sədr Əli Kərimli də daxil olmaqla partiyanın 20-yə yaxın üzvü həbsdədir.

Ə.Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində dekabrın 1-də həbs qətimkan tədbiri seçilib. Onlar sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində ittiham edilirlər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin hakimiyyəti ələ keçirməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Özləri isə ittihamı rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz