Sevinc Vaqifqızı Beynəlxalq Jurnalistikada Cəsarət mükafatına layiq görülüb
Tarix: 15-01-2026, 14:07
"AbzasMedia"nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Anna Politkovskaya–Arman Soldin adına "Jurnalistikada Cəsarət mükafatı"nın 2025-ci il üzrə qalibi elan edilib.
Civilazerbaijan.com bildirir ki, bu barədə yanvarın 14-də "Abzas Media" xəbər verib.
Mükafatın məqsədi xüsusilə münaqişə zonalarında və böhran şəraitində cəmiyyətin məlumatlandırılması kimi vacib missiyanı yerinə yetirən jurnalist və fotojurnalistlərin fəaliyyətini qiymətləndirməkdir.
Anna Politkovskaya–Arman Soldin adına "Jurnalistikada Cəsarət mükafatı" artıq üçüncü dəfə təqdim edilir. Mükafat adətən hər il Jurnalistlərə Qarşı Cinayətlərdə Cəzasızlığa Son Günündə təqdim edilir. Onu 2013-cü ildə Fransanın təşəbbüsü ilə BMT-nin təsis edib.
Rusiyalı jurnalist Anna Politkovskaya Rusiya ordusunun Çeçenistanda hərbi əməliyyatlarına qarşı çıxıb, buna görə Rusiya hakimiyyətini sərt tənqid edib. O, 2006-cı ilin oktyabrında Moskvadakı evinin girişində güllələnib. Qətlin sifarişçiləri hələ də tapılmayıb.
"France-Presse" agentliyinin fransız-bosniyalı jurnalisti və fotojurnalisti Arman Soldin 2023-cü il mayın 9-da reportaj zamanı həlak olub. O, Rusiyanın Ukraynaya qarşı təcavüzünün reallıqlarını dünya ictimaiyyətinə çatdırırdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












