Ərəstun Orucluya hökm oxunub

Xəbərin çap versiyası
Tarix: 19-02-2026, 16:38


Hazırda xaricidə yaşayan politoloq Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmə başa çatıb.

Civilazerbaijan.com
bildirir ki, yerli medianın xəbərinə görə, bu gün, fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Ə.Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hələlik bu məlumata onun özündən münasibət almaq mümkün olmayıb.

Ə.Oruclu Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə təqsirləndirilib. Amma, o, hələ ötən il Baş Prokurorluğa çağırılarkən ittihamlara münasibət bildirmişdi. "Mən heç vaxt hansısa çevrilişə, üsyana, nə bilim, nəyə çağırış etməməmişəm. Əksinə, hər zaman demişəm ki, bu pisdir", - politoloq vurğulamışdı.

"Bu məsələnin hüquqi tərəfi. Amma Azərbaycanda hüquqdan danışmaq belə cəfəngiyatdır. Biz illərdir Azərbaycanda hansı cinayətlərin törədilməsini və o cinayəti törədənlərin necə mükafatlandırılmasını görürük", - o əlavə etmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz