Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb
Tarix: Bu gün, 13:36
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə məsələ Milli Məclisin aprelin 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında" məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
18-nəfərlik əsas siyahıda hakim Yeni Azərbaycan Partiyası (YAP) və parlamentdə azlıqda olan partiyaların adları əvvəlcədən açıqlanmış namizədləri ilə yanaşı, bitərəflər də yer alıb. Bitərəf üzvlərin tərkibi dəyişməz qalıb – onlar əvvəlki heyətdəki şəxslərdir:
Arifə Muxtarova,
Qabil Orucov,
Fuad Cavadov,
İlham Məmmədov,
Nailə Əsgərova,
Nizami Nadirxanlı.
Qərara görə, aşağıdakı şəxslər MSK-nın daimi üzvləri təyin ediliblər:
Abdullayeva Sevinc Qurban qızı,
Cavadov Fuad Musa oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
Xələfov Elçin Abuzər oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhrəmanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Məmmədov Elmar Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
Eyni qərarla aşağıdakı şəxslər isə MSK-nın əvəzedici üzvləri kimi müəyyən edilib:
Cəlilova Aysel Zaur qızı,
Qarayeva Züriyə Ruslan qızı,
Mustafayeva Elnarə Eyyub qızı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











