Əlizamin Salayev 30 sutka həbs edilib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 01:48


Bir ay öncə həbsdən azadlığa buraxılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Əlizamin Salayevin sentyabrın 4-də 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, AXCP-nin ayrı-ayrı fəallarının yaydığı məlumata görə, bununla bağlı qərar günün ikinci yarısı Salyan rayon Məhkəməsində verilib: "İlkin məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə günahlandırılıb".

Bu məlumatı Salyan rayon Məhkəməsinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Bir qədər öncə AXCP fəalının yenidən saxlanıldığı bildirilirdi. Ailəsinin vurğulamasına görə, Salayevin harada olduğunu dəqiqləşdirə bilmirdilər, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz