AFFA 2 klub, 9 futbolçu və 1 hakimi çempionatdan qovdu

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 12:24
AFFA 2 klub, 9 futbolçu və 1 hakimi çempionatdan qovdu

AFFA İntizam Komitəsinin iclası keçirilib. civilazerbaijan.com-ın məlumatına görə, yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlar olub.

İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib.

9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:

“Şahdağ” (Qusar)
İqrar Səmədov
Uce Cukenyere

“Rəvan” (Bakı)
Elvin Əliyev
Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)
Arzuman Vəliyev
Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
Ruslan Həmidov

Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I diviziondan kənarlaşdırılıb. Hər iki klub I divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.

Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq.

Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.
“Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz