İslamiada və "Formula 1" zamanı Bakı məktəbləri bağlanacaq?

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 14:30
İslamiada və "Formula 1" zamanı Bakı məktəbləri bağlanacaq?

Bu ilin mayın 13-25-də tarixlərində Azərbaycan İslam Həmrəylik Oyunlarına, iyunda isə artıq ikinci dəfə “Formula 1”ə ev sahibliyi edəcək.

Beynəlxalq yarışlarla əlaqədar Bakıda xüsusi tədbirlər həyata keçiriləcək. İctimaiyyəti düşündürən məslələrdən biri də yarışların keçirildiyi müddətdə həmin ərazidəki təhsil müəssisələrinin fəaliyyətini dayandırıb-dayandırmayacağıdır.

Bu suala cavabında Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, hələlik idman yarışlarının keçiriləcəyi ərəfədə həmin ərazidə yerləşən məktəblərin bağlanıb-bağlanmaması ilə bağlı açıqlama vermək çətindir:

“Bu bir neçə təşkilatın birgə verəcəyi qərardır. Düşünürəm ki, yəqin ki, aprelin əvvəlində bu haqda məlumat yayımlayacağıq”.

Qeyd edək ki, 2012-ci ildə “Avroviziya”ya ev sahibliyi edən Azərbaycanda bu ərəfədə mahnı müsabiqəsinin keçirildiyi konsert zalına yaxın ərazidə yerləşən məktəblər bağlanmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz