Kəkillidən Hollandiya və Almaniyaya etiraz
Tarix: 13-03-2017, 21:12
Türkiyənin tanınmış müğənnisi Murad Kəkilli Hollandiya və Almaniyanın atdığı son addınlara reaksiya verib.
Müğənni rəsmi Tvitter səhifəsində Hollandiya və Almaniyada verəcəyi konsertləri ləğv etdiyini açıqlayıb.
O, sözügedən ölkələrin Türkiyədən üzr istəməyəcəyi təqdirdə, bir daha orada konsert verməyəcəyini bildirib.
Qeyd edək ki, Hollandiya və Almaniya Türkiyə hökumətinin referendumla bağlı keçirəcəyi kampaniyalara icazə vermədiyi üçün bu ölkələr arasında gərginlik yaranıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər