Toy karvanında "avtoşluq" edən şəxs saxlanıldı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 23-05-2017, 00:59
Toy karvanında "avtoşluq" edən şəxs saxlanıldı -


Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

SİVİL.AZ Xezerxeber-ə istinadən xəbər verir ki, onun törətdiyi qayda pozuntuları təhlükəsiz şəhər kameraları tərəfindən anbaan lentə alınıb.

Dairədə sərt manevrlər edir. Toy karvanının önündə gedərkən yolun ortasında avtoxuliqanlıq edərək həm özünə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradır.

Görüntülər Gəncədə təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, toy karvanında avtoxuliqanlıq edən sürücü şəhər sakini Sərxan Rzayevdir.

Sərxan Rzayev saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Sərxan Rzayev 20 sutkalıq həbs edilib. Həmçinin, 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz