Gimnastımız Dünya Kubokunda bürünc medal qazanıb
Tarix: 19-03-2017, 15:31
Azərbaycanlı gimnast Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
SİVİL.AZ xəbər verir ki Trend-in məlumatına görə, M. Nekrasova finalda 12.833 xal yığaraq ən yaxın rəqibi yunan gimnastı İoanna Suloqini 0,2 xal qabaqlayıb.
Bu növdə qızıl medalı 13.433 xalla rumıniyalı gimnast Katalina Ponor, gümüş medalı 13.400 xalla avstraliyalı gimnast Emili Littl qazanıb.
Qeyd edək ki, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.
Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.
Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.
Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər