Yol polisi maşını qovdu: ölən və yaralanan var - VİDEO

Xəbərin çap versiyası
Tarix: 28-05-2017, 18:56
Yol polisi maşını qovdu: ölən və yaralanan var -


Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİVİL.AZ xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.

Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb. ("Qafqaiznfo")



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz