Azərbaycan raketlərini havaya qaldırdı - FOTO/VİDEO

Xəbərin çap versiyası
Tarix: 29-05-2017, 14:46
Azərbaycan raketlərini havaya qaldırdı -


Azərbaycan ordusunun raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir.

SİVİL.AZ bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Silahlı Qüvvələrin 2017-cı il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilir.

Döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -

Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -
Azərbaycan raketlərini havaya qaldırdı -



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz