"Bakıda həyat yoldaşını öldürən şəxs təslim olub" - DİN
Tarix: 24-03-2017, 14:52
Daxili İşlər Nazirliyi Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 23-də Yasamal rayonunun "Qanlı göl" adlanan ərazisində Ağdaş rayon sakini Əkbər Quliyev münaqişə zəminində arvadı Firuzəni bıçaqla qətlə yetirib.
Ə. Quliyev könüllü Yasamal RPİ-yə gələrək istintaqa təslim olub.
Araşdırma aparılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər