Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü - VİDEO - FOTO (+18)

Xəbərin çap versiyası
Tarix: 11-06-2017, 22:17
Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü -


Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.

SİVİL.AZ xəbər verir ki, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.

58 yaşı olan piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir.

Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib. (pressclub.az)

Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü -




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz