Geomaqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
Tarix: 27-03-2017, 13:47
Bu gün qəfil geomaqnit qasırğası başlayıb.
SİVİL.AZ xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.
Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.
Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər