Balaca Zəhranın son görüntüləri - VİDEO

Xəbərin çap versiyası
Tarix: 6-07-2017, 14:59
Balaca Zəhranın son görüntüləri -


Xəbər verdiyimiz kimi, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

SİVİL.AZ bildirir ki, 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev Unikal.org-a son dəfə Zəhra və anası ilə sevincli bir videosunu göndərib. Video görüntüdə Elnurun anası Zəhranı oğlu və öz arasında seçim etməyə çağırır. Zəhra atasını qucaqlayaraq nənəsinə getmir. Elnur göz yaşları ilə bu faciəni xatırlayacağını, düşməndən anası və qızının qisasını tez-gec alacağını deyib.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz