Oqtay Əsədov AŞPA sədri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 28-03-2017, 17:56
Oqtay Əsədov AŞPA sədri ilə görüşüb


Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntla görüşüb.

SİVİL.AZ xəbər verir ki, APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

O. Əsədov P. Aqramuntun AŞPA sədri kimi Azərbaycana səfərini xatırlayaraq onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə məlumatlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə gücləndiyi, qurumla əlaqələrin genişləndiyi vurğulanıb. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini bildirərək, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz