"Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır" - TER-PETROSYAN
Tarix: 29-03-2017, 11:53
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.
Bu fikirləri sabiq prezident "Kentron" telekanalının efirində səsləndirib.
Ter-Petrosyan deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq".
Eks-prezident Madrid prinsiplərin dəstəklədiyini vurğulayıb:"Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam".
Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər