"Bütün Avropa gördü ki..." - Dmitri Nazarov

Xəbərin çap versiyası
Tarix: 29-03-2017, 13:22
"Bütün Avropa gördü ki..." -


"Almaniyaya qol vurduğum an həm mənim üçün, həm də Azərbaycan xalqı üçün möhtəşəm an idi".

Bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov söyləyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşdə (1:4) millimizin yeganə qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi növbəti dəfə alman mətbuatına açıqlama verib.

Nazarov Azərbaycan yığmasının düzgün yolda olduğunu vurğulayıb: "Vurduğum qoldan sonra aldığım təbriklərə görə az qala mobil telefonum partlayacaqdı. Almaniyaya qarşı yaxşı oynadıq və 90 dəqiqə ərzində pis təsir bağışlamadıq. Unutmayaq ki, qarşımızdakı dünya çempionu idi. Bu cür rəqiblərlə oyunda buraxdığın hər səhvə görə cəzalandırılırsan. Almaniya da bunu etdi. Halbuki, fasiləyə bərabərliklə yollana bilərdik. Əsl gücümüz bu cür oyunlarda bəlli olur. Bütün Avropa gördü ki, Azərbaycan yığması doğru yoldadı. Biz sadəlövh deyilik. Bilirik ki, zaman keçdikcə daha yaxşı oynayacağıq".

Nazarov artıq diqqətini klubu "Aue"nin çıxışına yönəltdiyini bildirib: "Almaniyaya qol vurduqdan sonra Çempionlar Liqasında oynamalı olduğumu deyə bilmərəm. Hazırda bütün diqqətimi klubuma yönəltmişəm. Biz II Bundesliqada qalmaq uğrunda mübarizə aparırıq".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz