Ramin Hacılının evi yandı - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 29-03-2017, 14:33
Ramin Hacılının evi yandı -


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının evində yanğın olub. Hadisə Nizami rayonunda 8-ci kilometr qəsəbəsində, Elşən İsmayılov küçəsində baş verib.

SİVİL.AZ xəbər verir ki, R. Hacılının Musavat.com-a verdiyi məlumata görə, həmin ünvanda məcburi köçkünlər vaqon-evlərdə yaşayır, yanğın hadisəsi vaqonların yanındakı artırmada baş verib.

R. Hacılı deyir ki, bundan əvvəl o, aidiyyatı orqanlara həmin tikiliyə baxş keçirilməsi üçün müraciət edib, ancaq baxan olmayıb. Bu gecə isə sözügedən artırma yanıb.

R. Hacılının Qaynar.info saytına bildirdiyinə görə, 1993-cü ildən Ermənistan-Azərbaycan müharibəsi zamanı işğal olunmuş Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondu ötən gecə naməlum şəxslər tərəfindən yandırılıb.

Qeyd edək ki, hələ fevral ayının 27-də mətbuat vasitəsi ilə video müraciət yayan R.Hacılı onun evinin buna qədər də bir neçə dəfə yandırılmasına cəhd edildiyini bildirmişdi.

R. Hacılı bildirmişdi ki, ərazidə ona məxsus olan yaşayış yerinin olmasına baxmayaraq, ərazinin qanunsuz olaraq satıldığı haqda bilgisi var:

“Bizdən başqa, bütün məskunlaşan məcburi köçkünlərin hamısına kompensasiya verilib və köçürülüb. Ancaq bizimlə əlaqə saxlayan yoxdur. Aldığım bilgiyə görə ərazidə yerləşən, mənə məxsus olan yaşayış yerini yandırmaq istəyirdilər. Əslində bu məsələni ictimailəşdirmək istəmirdim. Ancaq mənim və ailə üzvlərimin həyatına olan təhlükəni bu gün də istisna etmirəm. Evimi yandırmaq istəyiblər. Mən bununla bağlı ərazi üzrə polis idarəsinə müraciət etdikdən sonra bunun qarşısı alınıb. Amma problemlər tükənməyib. Hələ də həyatımla bağlı təhlükəli məqamlar hiss edirəm.”, - deyə R. Hacılı əlavə etmişdi.

Ramin Hacılının evi yandı -
Ramin Hacılının evi yandı -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz