Lerikdə 60 metr yüksəklikdən yıxılan şəxs sağ qaldı - VİDEO
Tarix: 25-08-2017, 17:00
Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib.
SİVİL.AZ ARB TV-yə istinadən xəbər verir ki, Lerikə istirahətə gedən Salyan şəhər sakini, 29 yaşlı Emin Əliyev Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.
Qayalıqların arasına yıxılan E. Əliyevi xilas etmək üçün Masallı rayon Yanğından Mühafizə Hissəsinin Qəza Xilasetmə qrupu hadisə yerinə çağırılıb.
Görülən tədbirlərlə o, düşdüyü yerdən çıxarılaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. E. Əliyevin ayağının sındığı bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər