Küləkli havada dənizə aparılan neftçilərlə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 31-03-2017, 13:59
Küləkli havada dənizə aparılan neftçilərlə bağlı


Küləkli hava şəraiti ilə bağlı Xəzər dənizindəki platformalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

SİVİL.AZ xəbər verir ki, dalğaların hündürlüyünün artması səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdırılıb. Neftçiləri isə yalnız helikopterlər vasitəsi ilə platformalara daşımaq mümkündür.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, adi günlərdə dənizdəki platformalara maksimum 5 helikopter uçuşu nəzərdə tutulsa da, bu gün 3 uçuş planlaşdırılır:

“Helikopter xidmətini göstərən şirkət icazə verildiyi halda dənizə uçuşların mümkün olduğunu bildirib və bu günə 3 reys planlaşdırılıb.

Reyslərdən ikisi günortaya kimi, digəri isə günortadan sonra baş tutacaq və neftçilərimizin növbə dəyişməsini həyata keçirəcək. Bununla belə, neft platformalarında bütün təhlükəsizlik tədbirləri yerinə yetirilir” (Lent.az).

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz