Yeni ili xaricdə qarşılamaq neçəyədir? - QİYMƏTLƏR + VİDEO

Xəbərin çap versiyası
Tarix: 20-11-2017, 22:28
Yeni ili xaricdə qarşılamaq neçəyədir? -


Yeni il və dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə bu il beş gün istirahət olacaq. Bayramla əlaqədar Azərbaycana gələn turistlərlə yanaşı xaricə gedən həmyerlilərimizin də sayı çox olacağı gözlənilir. Turizm agentliklərindən verilən məlumata əsasən, yayda insanlar dənizkənarı istirahət zonalarına üstünlük verdikləri halda, yeni ildə qış turizm komplekslərini seçirlər.

SİVİL.AZ
-ın Xəzər TV-yə istinadən məlumatına görə, yeni ildə aviabilet daxil olmaqla, Maldivə getmək istəyən bir nəfər 2200 dollar, Sinqapur və Baliyə getmək istəyənlər 1700 dollar, Tailanda 1420 , Şri-Lankaya 1075, Praqaya 1045, Parisə 860, Dubaya 684, Şarm Əl Şeyxə 635,İstanbula 413, Sankt-Peterburqa 410 , Moskvaya 394, Gürcüstana isə 350 dollar xərcləməlidir.

İstirahətini ölkənin dilbər guşələrində keçirmək istəyənlər isə daxili turpaketlərin qiyməti ilə maraqlanırlar. Bildirilir ki, Şahdağ yay-qış turizm kompleksinə üstünlük verənlərin sayı çoxdur. Bundan başqa Quba, Qusar, Şəki, Göy-göldə yerləşən otellərlə bağlı müraciət edənlər də az deyil.

Yeni il ərəfəsində daxili turpaketlərdə qiymət hotelin təyinatından asılı olaraq dəyişir. Bu günlərdə hotellər şou-proqram hazırladığından qiymət adi günlərə nisbətən daha baha olur.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz