Tovuz sakinindən maraqlı ixtira - VİDEO

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 01:24
Tovuz sakinindən maraqlı ixtira -


Tovuz sakini maraqlı qurğu düzəldərək ondan təsərrüfat işlərində istifadə edir.

SİVİL.AZ
-ın Xəzər TV-yə istinadən məlumatına görə, rayonun Düz Qırıqlı kənd sakini Arif İsgəndərov Kür çayı yaxınlığındakı fermasında avtomobil hissələrindən böyük çarx düzəldərək axar su ilə onu hərəkətə gətirib. Müxtəlif vasitələrlə isə çarxı mühərriklə əlaqələndirib. Beləcə, 100-120 volt gücündə elektrik enerjisi əldə edib.

Təsərrüfatçı deyir ki, çarxı düzəltmək üçün xeyli vaxt və əmək sərf edib. Detalların hamısı tullantılar olduğu üçün, cihaza, elə də çox vəsait xərcləməyib. Qurğudan alınan enerji ilə məişətdə istifadə olunan elektrik avadanlıqlarını da işə salmaq mümkündür.

Arif Əsgərov deyir ki, qonşu fermalar da qurğudan yararlana bilir. Təsərrüfatçı gələcəkdə çarxı təkmilləşdirib daha çox enerji əldə etmək istəyir.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz