“İlaxır çərşənbə” karvanı “Atəşgah”dan geri qayıdır

Xəbərin çap versiyası
Tarix: 14-03-2017, 15:56
“İlaxır çərşənbə” karvanı “Atəşgah”dan geri qayıdır

Metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən “Atəşgah”a doğru od götürmək üçün yola düşən bayram karvanı odu götürüb geri qayıdır.

civilazerbaijan.com xəbər verir ki, bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsi və Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək.

Son dayanacaqda bayram tonqalı alovlandırılacaq, Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz