Aydın Dadaşov vəfat edib

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 11:43
Aydın Dadaşov vəfat edib

Tanınmış kinoşünas Aydın Dadaşov bir neçə saat əvvəl ürək tutmasından dünyasını dəyişib.

civilazerbaijan.com xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.

Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.

A. Dadaşov Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edirdi.

Allah rəhmət eləsin!

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz