Azərbaycan yanğınsöndürənləri Laçına şəhərinə daxil olub - VİDEO
Tarix: 21-08-2022, 14:50
Avqustun 20-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası Rusiya sülhməramlılarının müşayiəti ilə ermənilərin tərk etdiyi Laçın şəhərinə daxil olub.
Civilazerbaijan.com bildirir ki, erməni KİV-lərinin məlumatına görə, sülhməramlılar ermənilərin ev və obyektləri yandırmaq cəhdlərinin qarşını alacaqlar. Bu baş verərsə, Azərbaycan yanğınsöndürənləri yanğını söndürəcəklər.
Ermənilər bu günə kimi Zabux kəndində iki, Laçında isə bir evi yandırıblar.
Turanın məlumatında qeyd olunur ki, avqustun 25-dək Laçın, Zabuh və Sus tamamilə Azərbaycana qaytarılacaq.
Bu yaşayış məntəqələri bütün Laçın rayonu kimi 1992-ci ilin mayında ermənilər tərəfindən işgal edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər