Azərbaycan bayrağını təhqir edən üç erməni gənc Laçında saxlanılıb - VİDEO
Tarix: 28-08-2023, 17:25
Bu gün "Laçın" sərhəd keçid məntəqəsində Azərbaycan bayrağını təhqir edən üç erməni saxlanılıb.
Civilazerbaijan.com bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin Turan-a verdiyi məlumata görə, bu gənclər 2021-ci ildə futbol maçı zamanı Azərbaycan bayrağını tapdalayıblar. Elə həmin vaxt Azərbaycan Baş Prokurorluğu müvafiq maddələrlə cinayət işi açıb.
Saxlanılan ermənilər Martuni (Xocavənd) futbol komandasının üzvləridir.
Maraqlıdır ki, bu klub “Avo” adlanır – ASALA-nın məşhur terrorçusu Monte Melkonyan Qarabağda belə çağırılıb.
Birinci Qarabağ müharibəsi zamanı Martuninin müdafiə komandiri məhz o idi.
Öz növbəsində, Ermənistan KİV-ləri "Laçın" sərhəd-keçid məntəqəsində bir gəncin - 22 yaşlı Alen Sarkisyanın saxlanıldığı haqqında məlumat yayıblar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər