Dünyada pandemiyanın başa çatdığı 1 il əvvəl elan edilib, Azərbaycanda isə karantin rejimi yenə uzadılıb

Xəbərin çap versiyası
Tarix: 11-03-2024, 14:39


Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə baş nazir Əli Əsədov martın 11-də qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.

Bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb.

Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Bu hal hələ də davam edir. Ölkənin bir sıra müxalifət partiyaları pandemiyanın başa çatdığını vurğulayaraq məhdudiyyətlərin götürülməsini tələb edir.

AzadlıqRadiosunun məlumatına görə, bəzi rəsmilər indi də sərhədlərin bağlı saxlanmasını təhlükəsizlik amili ilə izah edirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz