Qarabağda iki polis silahla ehtiyatsız davranma nəticəsində həlak olub

Xəbərin çap versiyası
Tarix: 13-03-2024, 14:48


Martın 13-də gecə saatlarında işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır, deyə məlumatda bildirilir.

DİN hadisənin məhz harada baş verdiyini və atəşi kimin açdığını açıqlamayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz