Yol polisindən Elşən Həsənovun saxlanılması ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 8-06-2024, 13:18
Yol polisindən Elşən Həsənovun saxlanılması ilə bağlı AÇIQLAMA


Hüquq müdafiəçisi Elşən Həsənovun saxlanmasına səbəb yol hərəkəti qaydalarını pozmasıdır, polis bildirib. Həsənov narkoloji müayinədən sonra sərbəst buraxılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə hüquq müdafiəçis özü məlumat verib.

“Bugün saat 09:00 radələrində "Nissan" markalı 99-SJ-894 nömrə nişanlı avtomobilin sürücüsü Elşən Həsənov Bakı-Salyan yolunun 12-ci kilometrliyində hərəkət edərkən manevretmə qaydasını pozduğuna görə Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib edilib”, -Turan-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Həsənov Turan-a bildirib ki, saxlanıldıqdan sonra onu Sumqayıtda narkoloji müayinəyə aparıblar.

Həsənovun orqanizmində alkoqol və narkotik maddə aşkar edilməyib, bundan sonra onu sərbəst buraxıblar.

"Əgər mən yol hərəkəti qaydalarını pozdumsa, yerində cərimə yaza bilərdilər. Məni Sumqayıta aparmaq, 65 yaşlı adamı narkoloji müayinədən keçirmək nəyə lazım idi?",- Elşən Həsənov qeyd edib.

Qeyd eək ki, Yol polisi hüquq müdafiəçisi Elşən Həsənovu saxlayıb

Şənbə günü səhər saatlarında yol polisi hüquq müdafiəçisi, 65 yaşlı Elşən Həsənovu avtomobili ilə “Sədərək” ticarət mərkəzinə gedərkən saxlayıb.

“Bizi yol polisi heç bir səbəb olmadan saxladı. Heç bir əsas olmadan Elşən bəyi məcburi müayinə üçün narkoloji dispanserə aparırlar”, - hüquq müdafiəçisinin həyat yoldaşı Rəna Həsənova Turan-a bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Keçmiş “vicdan məhbusu” Elşən Həsənov Siyasi Məhbusların Monitorinqi Mərkəzinə rəhbərlik edir. O, həm də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” Birliyinin həmsədridir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz