Müdafiə Nazirliyi: İtkin əsgərin nəşi aşkar edilib

Xəbərin çap versiyası
Tarix: 11-06-2024, 12:36


İyunun 9-da naməlum şəraitdə itkin düşdüyü bildirilən əsgərin nəşinin tapıldığı açıqlanıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyunun 11-də məlumat yayıb.

"...Əsgər Ceyhun Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib", - məlumatda vurğulanır.

Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, rəsmi məlumata, hələlik, əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz