Nikol Paşinyan: 2018-ci ildə Qarabağı Azərbaycanın tərkibində muxtariyyət kimi tanımalı idik

Xəbərin çap versiyası
Tarix: 12-06-2024, 22:49


"2018-ci ildən Dağlıq Qarabağla bağlı ən böyük problem ondan ibarətdir ki, 2018-ci ilin aprelində artıq elə vəziyyət yaranmışdı ki, Ermənistan istər-istəməz ya güzəştə getməliyik, ya da müharibə".

Civilazerbaijan.com
bildirir ki, bunu iyunun 12-də Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib.

“Özümə sual verdim: yaxşı, əgər bu güzəştə getsək, növbəti güzəştə getsək, güzəştlər prosesi harada dayanacaq? Bu suala cavab verə bilmədim.

İndi bu suala cavabım varmı? Bəli, var, bu sualın cavabı belədir — Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisidir”, Turanın məlumatında qeyd olunur.

Paşinyanın fikrincə, o zaman bunu qəbul edib, Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət kimi tanınması, onun təkcə erməni yox, həm də azərbaycanlı olması, birgə idarəçiliklə olması düzgün olardı.

“Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır. Mən bunu deyirəm və başa düşürəm ki, o vaxt belə bir söz deməyə cəsarət etməzdim. Mən özümü buna inandıra bilmədim. Bu mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət adamı anlamalı idi ki, bütün bunları öz üzərinə götürmək lazımdır. Və bu gün mən bunu edirəm. Mən öz üzərimə götürməsəm, başqa heç kim almaz. Bu mənim borcumdur”, - News.am Paşinyandan sitat gətirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz