Jurnalist Şəmşad Ağanın Azərbaycandan çıxışına qadağa qoyulub

Xəbərin çap versiyası
Tarix: 6-07-2024, 23:12


İyulun 5-də arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Jurnalist “Toplum TV işi” üzrə şahid qismində, xüsusən də bu nəşrdəki fəaliyyətilə bağlı dindirilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Şəmşad Ağa özü məlumat verib.

Jurnalistin sözlərinə görə, o, əvvəllər “Toplum TV”də proqramın aparıcısı olub. Ancaq "məlumatı açıqlamamaq" öhdəliyi səbəbindən Şəmşad Ağa dindirmənin məzmununu açıqlamayıb.

O qeyd edib ki, dindirmə bitdikdən sonra ona şifahi şəkildə bildiriblər ki, ölkədən çıxışına qadağa qoyulub. O, xaricə çıxışına qoyulan "stop"un tətbiqilə bağlı rəsmi qərarı almağa nail olmaq və məhkəmədə onun hüquqiliyini mübahisələndirmək niyyətindədir.

İstintaq orqanının nümayəndələrindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, ötən ilin sonundan Azərbaycanda “Toplum” TV və “Abzas Media” işi üzrə dindirilən onlarla jurnalist və fəalın ölkəni tərk etməsi qadağan edilib. Bu işlər üzrə 14 nəfər həbs edilib, daha iki nəfərin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz