Kamala Harris prezident seçkilərində məğlubiyyətdən sonra dəstəkçiləri önündə çıxış edib
Tarix: 7-11-2024, 13:18
Noyabrın 6-da ABŞ vitse-prezidenti, Demokratlar Partiyasının 2024 ABŞ prezident seçkilərində namizədi Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Trampa məğlub olduqdan sonra Hovard Universitetində dəstəkçiləri önündə çıxış edib.
Civilazerbaijan.com bildirir ki, nitqi zamanı Harris daha öncə Trampa zəng edərək, onu təbrik etdiyini söyləyib.
“Bu gün ürəyim doludur - mənə göstərdiyiniz etimada görə minnətdarlıqla, ölkəmizə məhəbbətlə və qətiyyətlə doludur”, Harris bildirib:
“Bu seçkilərin nəticələri bizim istədiyimiz, uğrunda vuruşduğumuz və səs verdiyimiz deyil. Amma bunu deyəndə məni dinləyin - Amerika vədinin işığı həmişə parlaq olacaq.”
Vitse-prezident öz aləsi ilə bərabər Prezident Co Bayden və Birinci Xanım Cil Baydenə təşəkkür edib:
“Sevimli Daq və ailəmiz, sizi çox sevirəm. Prezident Bayden və Doktor Bayden, imanınıza və dəstəyinizə görə təşəkkür edirik. Qubernator Valz və Valz ailəsi, bilirəm ki, xalqımıza xidmətiniz davam edəcək”.
Harris 107 gün davam edən seçki kampaniyası ilə qürur duyduğunu bildirib. O, dəstəkçilərə təşəkkür etdi və əlavə etdi ki, “mən sizin emosiyalarınızı anlayıram, amma ölkə seçkilərin nəticələrini qəbul etməlidir.”
Harris yeni seçilmiş prezident Donald Trampa təbrik zəngində administrasitanın hakimiyyəti dinc yolla ötürülməsini təmin edəcəyini vurğuladığını bildirib.
“Mən bu seçkilərdən çəkilsəm də, mən bu seçki kampaniyasına təkan verən mübarizədən çəkilmirəm”, Harris izdiham önündə deyib:
“Mən heç vaxt amerikalıların öz arzuları, ambisiyaları və istəkləri arxasıyca gedə biləcəyi, Amerika qadınlarının hökumətin sözü ilə yox, özlərinin öz bədənləri haqda qərar verə biləcəyi gələcək uğrunda mübarizədən çəkilməyəcəm. Mən bizim məktəbləri və küçələri silah zorakılığıman qorumaq uğrunda mübariəzədən çəkilməyəcəm”.
Sonda ABŞ vitse-prezidenti dəstəkçilərinə ürək-dirək verdi: “Vacib olan odur ki, heç vaxt təslim olmayın. Heç vaxt dünyanı daha yaxşı bir yerə çevirməkdən əl çəkməyin”.
ABŞ-da seçkilərdə qalib tərəfin qələbə çıxışı ilə bərabər, məğlub tərəfin də seçkilərdə sonra çıxış etməsi və dəstəkçilər önündə seçki məğlubiyyətini qəbul etməsi uzun tarixə malik olan bir siyasi ənənədir, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər