Moskvada Rusiya kimyəvi qoşunlarının rəisi öldürülüb

Xəbərin çap versiyası
Tarix: Dünən, 16:35

Foto: AP

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı general, Rusiya Silahlı Qüvvələri radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olmuş İqor Kirillovu məhv edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə UNİAN-a xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.

Dekabrın 17-də səhər saat 6-da Kirillov və köməkçisi Moskvada Ryazanski prospektində yaşayış binasının girişindən çıxarkən yaxınlıqdakı skuterdəki partlayıcı qurğu işə düşüb.

"Kirillov hərbi cinayətkar və tamamilə qanuni hədəf idi, çünki qadağan olunmuş kimyəvi silahlardan Ukrayna hərbçilərinə qarşı istifadə olunmasına əmr vermişdi. Ukraynalıları öldürən hər kəsi belə şərəfsiz son gözləyir. Müharibə cinayətlərinə görə qisas qaçılmazdır", - Ukrayna Təhlükəsizlik Xidmətindəki məlumatlı mənbə bildirib.

Ukrayna Silahlı Qüvvələrinə qarşı kimyəvi silahların kütləvi istifadəsində Kirillovun əli olub, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz