Tramp Putinlə görüşün yerini və vaxtını açıqlayıb
Tarix: 9-08-2025, 13:09
Avqustun 15-də ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Civilazerbaijan.com bildirir ki, ABŞ prezidenti bu barədə “Truth” hesabında yazıb.
“Putinlə mənim aramda gözlənilən görüş cümə günü Alyaska ştatında baş tutacaq. Təfərrüatlar yaxın günlərdə açıqlanacaq”, - deyə Tramp qeyd edib
“The New York Times” (NYT) bir neçə gün öncə yazırdı ki, Donald Tramp yaxın günlərdə Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir. Bu barədə nəşrə Trampın planları ilə tanış olan iki mənbə məlumat verib.
NYT-nin məlumatına görə, Tramp Putinlə təkbətək görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.
Qeyd edək ki, Kreml də tarix və məkanı təsdiqləyib. Prezidentin köməkçisi Yuri Uşakov Alyaskanın seçilməsini onun Rusiyaya coğrafi yaxınlığı ilə izah edib: nümayəndə heyətləri sadəcə Bering boğazı üzərindən uça biləcəklər. Onun sözlərinə görə, qarşıdakı günlər görüşün detallarının "fəal və gərgin şəkildə işlənməsinə” həsr olunacaq. Uşakov həmçinin xəbərdarlıq edib ki, proses asan olmayacaq.
Alyaska qubernatoru Mayk Danlivi bildirib ki, ştat prezidentlərin görüşü üçün optimal məkan sayılır. Onun sözlərinə görə, əsrlər boyu Alyaska dövlətlər arasında körpü rolunu oynayıb, bu gün isə dünyanın əsas regionlarından birində diplomatiya, ticarət və təhlükəsizliyin təminatı üçün mühüm "qapı” olaraq qalır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər