Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır

Xəbərin çap versiyası
Tarix: 29-09-2025, 11:29


Sentyabrın 29-dan oktyabrın 3-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası keçiriləcək.

Civilazerbaijan.com
bildirir ki, sessiyada AŞPA-nın növbəti beş il üçün baş katibi seçilməlidir.

Azərbaycan nümayəndə heyətinin bu sessiyanın da işinə qatılacağı bilinmir. Bu barədə rəsmi qurumlar hər hansı açıqlama verməyib.

Azərbaycanın AŞPA-da səsvermə hüququ ötən ilin əvvəlindən dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan hakimiyyəti qurum qarşısında insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəlik götürüb.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, Azərbaycan hələ də qurumun monitorinqi altındadır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz