Arxiyepiskop Mikael Acapaxyana HÖKM OXUNUB
Tarix: 4-10-2025, 12:25
Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana hökm oxunub.
Civilazerbaijan.com bildirir ki, hökmü hakim Armine Meliksetyan elan edib. Hökmə əsasən Mikael Acapaxyan iki il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Arman Baqdasaryan isə əvvəlcə Acapaxyanın həbsdə keçirdiyi müddət nəzərə alınmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Qeyd edək ki, Arxiyepiskop Mikael Acapaxyan bu ilin iyun ayından həbsdədir. Bildirilib ki, onun vəkillərinin məhkəmə qərarından bir ay ərzində apellyasiya şikayəti verə bilərlər.
Mikael Acapaxyan Ermənistanda hakimiyyətin zorla dəyişdirilməsinə çağırış etməkdə ittiham olunaraq həbs edilib. Onunla bərabər keşiş Baqrat Qalstyan da saxlanılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər