Ədəbiyyat üzrə Nobel mükafatçısının adı AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: 9-10-2025, 19:24

FOTO: AFP

2025-ci il ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laszlo Krasznahorkaiyə verilib.

Civilazerbaijan.com
bildirir ki, Nobel Komitəsinin bəyanatında qeyd olunur ki, yazıçı “apokaliptik terror şəraitində belə incəsənətin gücünü bir daha təsdiqləyən, inandırıcı və peyğəmbəranə yaradıcılığına görə” bu mükafata layiq görülüb.

Krasznahorkai 1954-cü ildə Macarıstanda anadan olub. Onun 1985-ci ildə nəşr edilən ilk romanı — “Şeytani Tanqo” (“Satantango) — ədəbi sensasiyaya çevrilmiş və müəllifə böyük şöhrət qazandırmışdı.

Komitənin açıqlamasında bildirilir ki, yazıçının bir çox əsərləri apokaliptik motivlər daşıyır və insanın mənəvi çöküşü fonunda sənətin dirəniş gücünü təsvir edir.

2024-cü ildə Nobel mükafatını cənubi koreyalı yazıçı Han Kan “tarixi travmalara qarşı çıxan, insan həyatının kövrəkliyini açıq şəkildə göstərən poetik prozasına görə” qazanmışdı.

2023-cü ildə isə bu mükafata norveçli yazıçı Yun Fosse “ifadə olunması çətin olan duyğuları səhnəyə və nəsrə gətirən yenilikçi yaradıcılığına görə” layiq görülmüşdü.

Fosse 1983-cü ildə ilk romanını — “Qırmızı, Qara” — nəşr etdikdən sonra 30-dan çox əsər qələmə alıb.

Ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz