Nikola Sarkozi həbsdən buraxılıb

Xəbərin çap versiyası
Tarix: 10-11-2025, 22:09


Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsdə üç həftə qalandan sonra azad edilib.

Civilazerbaijan.com
bildirir ki, onun avtomobili yerli vaxtla günorta 3-də Parisdəki Sante həbsxanasından çıxıb, az sonra avtomobil Parisin qərbindəki evinə çatıb. Bundan təxminən saat yarım öncə məhkəmə keçmiş prezidentin həbsdən azad edilməsinə qərar verib.

70 yaşlı Sarkozi apellyasiya şikayətinə martda baxılanadək azadlıqda qala biləcək. Onun həbsdən buraxılmasını məhkəmədə prokurorluq da dəstəkləyib.

N.Sarkozi həbsdə beşillik cəzasını çəkməyə oktyabrın 21-də başlayıb. Fransa mediası yazırdı ki, o, Aİ ölkələri arasında yalnız məhkum edilən deyil, həm də həbsxanaya salınan ilk keçmiş dövlət başçısı olub.

Sarkozi həbsdə qalmasını "kabus" adlandırıb, lakin həbsxana əməkdaşlarına ona kömək göstərdikləri üçün təşəkkür edib.

Keçmiş prezident Parisdəki Sante həbsxanasında digər dustaqlardan ayrı saxlanılırdı; qonşu kamerada mühafizəçilər növbə çəkirdi, çünki keçmiş prezident təhdid olunurdu, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz