Putin ABŞ sülh planını şərh edib

Xəbərin çap versiyası
Tarix: 22-11-2025, 16:30


Rusiya prezidenti Vladimir Putin deyir ki, Donald Tramp administrasiyasının təqdim etdiyi 28-bəndlik plan Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün əsas ola bilər.

Civilazerbaijan.com
AzadlıqRadiosuna istinadla bildirir ki, bu bəyanatla o, noyabrın 21-də Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

Putin qeyd edib ki, Rusiya planın mətnini alıb, lakin Ukrayna hələlik təkliflərlə razılaşmadığı üçün Rusiya tərəfi ilə məzmunlu müzakirə olunmayıb.

Putinin sözlərinə görə, hazırkı sənəd Trampla Alyaskada görüşməzdən əvvəl müzakirə edilən razılaşmanın təkmilləşdirilmiş versiyasıdır.

ABŞ o zaman Rusiyadan çeviklik göstərməsini xahiş edib, - Putin bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp noyabrın 27-sini Ukraynanın onun müharibəni bitirmək planını qəbul etməsi üçün "uyğun son tarix" adlandırıb.

"Mən əvvəllər çox son tarix təyin etmişəm, amma işlər yaxşı gedirsə, adətən uzadılır. Amma düşünürük ki, cümə axşamı son tarixdir", - Tramp "Fox News"a açıqlamasında bildirib.

Noyabrın 27-də Birləşmiş Ştatlarda Şükranlıq Günü qeyd ediləcək.

Ukrayna prezidenti Volodimir Zelenski isə deyir ki, ölkəsi tarixinin ən çətin məqamlarında birini yaşayır. O xəbərdarlıq edib ki, ölkə əsas tərəfdaşını itirmək riski ilə üz-üzədir, amma öz maraqlarına "xəyanət etməyəcək". Bu arada Vaşinqton Kiyevi Rusiyanın başladığı müharibəni bitirmək üçün mübahisəli plana razı salmağa çalışır.

Zelenski noyabrın 21-də xalqa videomüraciətində deyib ki, hökuməti "Amerika və bütün tərəfdaşlarla sakit işləyəcək" və bir gün əvvəl ona təqdim edilən 28 maddəlik layihə üzrə Vaşinqtonla konstruktiv həll axtaracaq.

"Arqumentlər təqdim edəcəyəm, inandıracağam, alternativlər təklif edəcəyəm, amma düşmənə Ukraynanın sülh istəmədiyini demək üçün heç bir səbəb verməyəcəyik", – Zelenski bildirib.

"Ukrayna çox çətin seçim qarşısında qala bilər. Ya şərəfini, ya da əsas tərəfdaşını [ABŞ] itirə bilər", – Zelenski qara geyimdə, boğuq səslə etdiyi çıxışında deyib. Onun administrasiyası həm də korrupsiya qalmaqalı ilə üzləşib.

"Ya çətin 28 maddə, ya da son dərəcə ağır, ən çətin qış və daha böyük risklər. Azadlıq, ləyaqət və ədalət olmayan bir həyat", – o əlavə edib.

AzadlıqRadiosu və digər media orqanlarının gördüyü təkliflər layihəsinə görə, Ukrayna ərazisinin 20 faizindən çoxunu verməli, ordusunun sayını azaltmalı, NATO-ya üzvlüyün qadağan olunmasına dair konstitusiyaya maddə salmalıdır. NATO-nun üzərinə daha genişlənməmək, Ukraynaya qüvvə yerləşdirməmək öhdəliyi qoyulur, Rusiyanın Qərb tərəfindən təcridinə son qoyulması nəzərdə tutulur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz