Biz razılığa gələ bilmədik - CEY Dİ VENS
Tarix: 12-04-2026, 15:47
İslamabadda keçirilən ABŞ-İran danışıqları başa çatıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ və İran Pakistandakı danışıqlarda razılığa gələ bilməyiblər. “Bir sıra əsaslı müzakirələr aparmışıq. Bu, xoş xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilmədik”.
Civilazerbaijan.com bildirir ki, unu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib.
"Razılaşma əldə olunmadığı üçün Birləşmiş Ştatlara qayıdırıq", - o deyib.
Vensin sözlərinə görə, Vaşinqton İrana "ən yaxşı" son təklifini edib, Tehran isə hələ ki, bunu qəbul etməyib və bu, "İran üçün pis xəbərdir".
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai 21 saat davam edən danışıqları "gərgin" adlandırıb. "İki və ya üç vacib məsələdə fikir ayrılıqları var", - o bildirib. Vurğulayıb ki, müzakirələr inamsızlıq və şübhə mühitində keçib, heç kim tək bir görüşdə razılığa gəlinəcəyini gözləmirdi.
"Fars" agentliyinin məlumatına görə, İran Hörmüz boğazı və nüvə enerjisi ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtlərlə razılaşmayıb. Tehran Hörmüz üzərində nəzarəti əldə saxlamaqda israrlıdır və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəmir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











