ABŞ-da məhbuslar qiyam edib

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 14:46
ABŞ-da məhbuslar qiyam edib

ABŞ-ın Kaliforniya ştatında həbsxanalardan birində qiyam baş verib.

İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb.

Yayılan məlumata görə, həbsxananın yeməkxanasında məhbuslardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhbus həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis qiyamçılara qarşı bibər qazından istifadə edib.

Qiyamın çox keçmədən qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması haqda məlumat verilməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz