F. Olland: “BVF-nin ofisindəki partlayış terror aktıdır”

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 17:53
F. Olland: “BVF-nin ofisindəki partlayış terror aktıdır”

Fransa Prezidenti Fransua Olland Parisdə Beynəlxalq Valyuta Fondunun (BVF) binasında baş verən partlayışı terror aktı kimi dəyərləndirib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, bunu ölkəsinin Tulon şəhərinə səfəri zamanı bildirib.
“Zərfdə partlayıcı qurğunun yerləşdirilməsi terror aktı ilə üzləşməyimiz deməkdir. Bunun başqa adı yoxdur” - Fransa prezidenti vurğulayıb.

F.Olland deyib ki, hakimiyyət günahkarların tutulub cəzalandırılması üçün əlindən gələni edir.
Qeyd edək ki, martın 16-da BVF-nin Parisdəki ofisində partlayıcı quraşdırılmış qurğunun partlaması nəticəsində bankın qadın əməkdaşı xəsarət alıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz