Tramp Merkel ilə olan fotosunu paylaşıb

Xəbərin çap versiyası
Tarix: 18-03-2017, 13:49
Tramp Merkel ilə olan fotosunu paylaşıb

ABŞ prezidenti Donald Tramp "Facebook" səhifəsində Almaniya kansleri Angela Merkelin Ağ Evə rəsmi səfəri zamanı onunla əllə görüşdüyü fotonu paylaşıb.

ABŞ dövlət başçısı şəkilə yazdığı statusda bunları qeyd edib: "Bu gün Ağ Evdə kansler Merkeli qarşılamağım mənim üçün şərəfdir. Xalqlarımızın çoxlu oxşar xüsusiyyəti var və bizim ittifaq bütün dünya üçün güc rəmzidir".

Qeyd edək ki, daha əvvəl D.Tramp jurnalistlərin və fotoqrafların xahişlərinə baxmayaraq, Oval kabinetdə Merkelin əlini sıxmayıb. Hərçənd Oval kabinetdə iki ölkə liderinin əl sıxması ənənədir.

Bununla belə, Tramp və Merkel kanslerin Ağ Evə gəlişi zamanı və mətbuat konfransı bitəndən sonra əl sıxıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz