Şotlandiya müstəqilliklə bağlı ikinci referendumun keçiriləcəyini elan edib

Xəbərin çap versiyası
Tarix: 13-03-2017, 21:15
Şotlandiya müstəqilliklə bağlı ikinci referendumun keçiriləcəyini elan edib

Şotlandiya hökuməti müstəqilliklə bağlı ikinci dəfə referendum keçirəcək.

APA-nın “Independent”ə istinadən verdiyi məlumata görə, bu barədə Şotlandiyanın birinci naziri, Şotlandiya Milli Partiyasının lideri Nikola Sterjen bəyanatla çıxış edib.

O bildirib ki, Birləşmiş Krallıq hökuməti "Brexit"lə bağlı Şotlandiya hökuməti ilə kompromis və razılaşma əldə etmək üçün addım atmayıb. Birinci nazir Şotlandiyanın səsinin istənilən vaxt və istənilən məsələdə rədd edilə biləcəyindən narahat olduğunu söyləyib.

Onun sözlərinə görə, səsvermə 2018-ci ilin payızından 2019-cu ilin yazına kimi "Brexit"in şərtləri məlum olduqdan sonra keçirilməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz