Sarkisyan özünün daha bir opponentini həbs etdirdi

Xəbərin çap versiyası
Tarix: 19-03-2017, 13:43
Sarkisyan özünün daha bir opponentini həbs etdirdi

Yerevanda məhkəmə müxalif "Təsisedici parlament”in üzvü Armen Mikaelyanı qanunsuz silah gəzdirməkdə təqsirli bilib.

Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, ona bir illik həbs cəzası verilib.

Xatırladaq ki, Armen Mikaelyan 27 iyul 2016-cı ildə odlu silah gəzdirməkdə şübhəli bilinərək həbs edilmişdi. Amma 16 avqust 2016-cı ildə onu pul girovu müqabilində azadlığa buraxmışdılar.

Mikaelyan məhkəmədə bildirib ki, revolveri ona polis bölməsində atıblar. Bununla belə, girov müqabilində daha əvvəl azadlıqğa buraxılmış Mikaelyan məhkəmə zalında həbs edilib.

Erməni müxalifəti Armen Mikaelyanın həbsini erməni hakimiyyətinin öz siyasi opponentlərinin məhv edilməsi üzrə genişmiqyaslı kampaniyasının bir hissəsi hesab edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz