Gürcüstandan Ermənistana qadağa
Tarix: 19-03-2017, 16:56
Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub.
SİVİL.AZ xəbər verir ki, “İnterfaks”ın yaydığı məlumata görə, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu.
Qarın intensiv yağması səbəbindən nəqliyyat vasitələrinin Nardevani – Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub. Qadağaların aradan qalxması mövcud meteoroloji vəziyyətdən asılı olacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər